Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Tanış” həkimlərin vaksin uydurmasına inanmayın – Peyvəndə alternativ yoxdur

119 Baxış

Azərbaycanda koronavirusa yoluxma sayında artım müşahidə edilir.

Avqustun 8-nə olan məlumata görə, Azərbaycanda koronavirus infeksiyasına 1220 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 7 nəfər isə COVID-19-dan dünyasını dəyişib.

Yoluxma tempində artım normaldır, çünki karantin rejimi ilə bağlı məhdudiyyətlər yumşaldılıb, bununla da hərəkətlilik artıb, ünsiyyət və sıxlıq çoxalıb.

Bununla belə dövlət əhalini vaksin vurdurmağa çağırır. Hazırda vaksinin alternativi yoxdur, lakin bəzi insanlar hansısa şayiəni əlində əsas tutur, tanış həkimlərin vaksinlərin zərərli olması barədə onlara xəbərdarlıq etdiklərini bildirirlər.

Gülməlidən də betər vəziyyətdir: Həmin tanış həkim belə güclüdürsə, özü vaksin hazırlayardı. Guya o həkimlər vaksinin tərkibi barədə daha məlumatlıdırlar.  

İkinci bir bəhanə: guya vaksin olunanlarda iynə vurulan nahiyəyə qəpik yapışır. Bu bəhanə də keçərli deyil, çünki o nahiyəyə ümumiyyətlə çəkisi az olan qəpik yapışır, inanmırsınız, vaksin olunmayan birinin üzərində sınaqdan keçirə bilərsiniz.

Hansısa dedi-qodu, mənasız məzəmmət müəlliflərinin fikirləri beyinlərə yer edir deyə, vətəndaş çarəsiz qaldığını düşünür, bu zaman saxta vaksin pasportu almaq üçün tanışlıqlara baş vurur.

Bir sözlə, hər addıma getmək olar, amma vaksin vurdurmaq yox… Bu düşüncə səhvdir, gedin vaksin vurdurun, bunun heç bir ziyanı yoxdur. Güclü əks göstərişlə üzləşə biləcək şəxslər isə tibbi əsaslandırmadan sonra əks göstəriş pasportu ala bilərlər.

Söhbət həqiqətən də vaksinə qarşı allergiyası olanlardan gedir, amma digərlərinin bu yollara əl atması heç də başadüşülən deyil.

Vaksindən qorxmaq lazım deyil, məgər biz uşaq olarkən tibb bacıları əllərinə tibbi çanta alıb məktəbə gələrək bizlərə azmı peyvənd vurub? Nə baş verib? Heç nə. Koronavirusa qarşı vaksinin təyinatında başqa niyyətlər axtarmaq isə mənasızdır, düzü heç kim hələ buna qarşı düz-əməlli arqument də ortaya bilməyib.

Ona görə vaksin olunmaq vacibdir, həm immunitet qazanmaq, həm də məhdudiyyətlərlə üzləşməmək üçün.

Peyvəndlənməmək üçün tanışıqları işə salıb saxta pasport almaq üçün əl atdığınız üsullardan əl çəkmək lazımdır.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678