Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Arestoviçdən ciddi ittiham – Sabiq müşavir daxili işlər nazirinin ölümündə Zelenskini günahlandırdı

80 Baxış

Ukraynanın daxili işlər nazirinin ölümünə səbəb olan helikopter qəzasında sui-qəsd izləri var.

Turanmedia.az-ın məlumatına görə, Tns xarici mediya istinadla xəbər verir ki, belə bir ittihamla Ukrayna Prezidenti Ofisinin sabiq müşaviri Aleksey Arestoviç çıxış edib.

“Nə qədər ki, bir-birimizə mane olmuruq, biz hamımız toxunulmazıq. Amma bir-birimizin işlərinə qarışmağa başlayandan sonra o toxunulmazlıq yox olur. Monastırskinin (Ukraynanın helikopter qəzasında həlak olan daxili işlər naziri – red) vertolyotu qəzaya uğradı. Onlar gözdən çıxardıqlarının ipini kəsirlər”,- Arestoviç deyib.

Sabiq müşavir Rusiya raketinin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu üçün Dnepr şəhərində binaya düşdüyünü bildirmiş və buna görə ciddi tənqidlərə məruz qaldığından istefa vermişdi.

Arestoviç istefadan sonra qalmaqallı açıqlama verərək Zelenskinin xristianlığa müharibə elan etdiyini demişdi.

Qeyd edək ki, Arestoviçin adı Ukraynanın “ölüm siyahısı” kimi tanınan Daxili İşlər Nazirliyinin “Myrotvorets” saytına əlavə olunub. Sözügedən saytda Ukraynanın düşməni elan edilənlər öldürülür. Siyahıya ən son əlavə olunan Dariya Duqinova partlayış nəticəsində dünyasını dəyişib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678