Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

EKTİS-də 370 minə yaxın fermer öz əkinini bəyan edib

132 Baxış

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 370 minə yaxın fermer öz payızlıq əkinlərini bəyan edib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, payızlıq əkinlərin bəyanı ilə əlaqədar bölgələrdə fermerlərə aqrar səyyar xidmətlərin göstərilməsi davam edir.

EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir. Bəyan prosesinin sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları vasitəsilə bölgələrdə vətəndaşlara səyyar xidmət göstərilir.

Növbəti belə xidmət Göygöl rayonunun Qırıxlı kəndində təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə bildirib ki, səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur: “Artıq 2021-ci ilin subsidiyaları üçün EKTİS-də payızlıq əkinlərin bəyanı prosesi yekunlaşmaq üzrədir. Bugünədək EKTİS-də 370 minə yaxın fermer öz əkinini bəyan edib. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür”.

Vüqar Hüseynov bildirib ki, fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678