Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Moody's” “Xalq Bank”ın reytinqini təsdiqlədi

131 Baxış

Dekabr ayının 27-də bank fəaliyyətinə başlamasının 16 illiyini qeyd edən “Xalq Bank”ın cari reytinqləri nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Moody’s Investors Service” tərəfindən təsdiqlənib. Moody`s ekspertləri qurumun kapitallaşma səviyyəsinin sabit olduğunu bildirir, “Xalq Bank”ın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyətini, eləcə də sistem əhəmiyyətini vurğulayırlar. 

Yarandığı gündən etibarlılığı və sabitliyi ilə seçilən “Xalq Bank” öz müştərilərinə dürüstlük və şəffaflıq, etimad, hörmət, çeviklik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma prinsipləri əsasında müasir, əlverişli xidmət və məhsullar təqdim edir. Qüsursuz reputasiya, müştərilərin etibarı, uğurlu kommersiya fəaliyyəti, ölkənin sosial, mədəni və idman həyatında iştirakı “Xalq Bank”ın statusu və ölkənin maliyyə sektorundakı yerini müəyyən edir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678