Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədən Bakı-Tbilisi-Qars marşrutu ilə ilk qatar Rusiyaya çatıb – FOTO

144 Baxış

Türkiyədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner qatarı bu gün Rusiyanın Vorsino logistika mərkəzinə (Kaluqa vilayəti) gəlib.

Türkiyənin Rusiyadakı səfirliyinin “Twitter” səhifəsində bu barədə bildirilir.

Qeyd edilir ki, bu marşrut üzrə Rusiya Federasiyasına ixrac ilk dəfə reallaşır. 16 konteynerdə ümumilikdə qabyuyan maşınlar və qaz sobaları olub.

Daha əvvəl yüklər dəniz yolu ilə daşınıb, bu isə həm qiymət, həm də müddət baxımından daha bahadır.

Yeni nəqliyyat dəhlizi hər iki göstəricinin azaldılmasına və Rusiya ilə Türkiyə arasındakı ticarətin sadələşdirilməsinə kömək edəcək.

Qatar 29 yanvarda Ankaradan yola çıxıb, sonra Gürcüstan və Azərbaycan ərazisindən keçərək bu gün, 9 fevral tarixində təyinat yerinə – Kaluqa vilayətinə çatıb.

Bölgə rəhbərliyi, Rusiya Dəmir Yolları və Türkiyənin Rusiyadakı səfirliyinin nümayəndələrinin qatıldığı logistika kompleksdə rəsmi qarşılama mərasimi keçirilib.

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar yeni nəqliyyat dəhlizinin fəal şəkildə istifadə ediləcəyinə, rus və türk xalqlarını birləşdirən “dostluq körpüsü” olacağına inandığını bildirib.

Посол Мехмет Самсар вместе с представителями Калужской области и РЖД встретил на станции Ворсино первый экспортный контейнерный поезд, который был отправлен 29 января из Турции в Россию.@UABakanligi @TCDDTasimacilik @ticaret @kalugaregion @bekoturkiye pic.twitter.com/denuHQy127

— TurkishEmbassyMoscow (@Turk_Emb_Moscow) February 9, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678