Aleksey Naumov: Moskva susur...
"Mən şəxsən Rusiyanın Azərbaycan təyyarəsi məsələsində uzun müddət susqunluğu həm ümumi çaşqınlıq hissi ilə, həm də mərkəzlə Çeçenistan arasındakı münasibətlərin xüsusiyyətləri ilə izah edirəm. Bu məsələləri həll etmək, nəzərə almaq və əlaqələndirmək lazımdır. Qərar vermə sistemimiz böyük, mürəkkəb və yavaşdır". Bunları Rusiyalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Naumov məlum təyyarə qəzası ilə bağlı deyib.
"Sülhməramlılarımız Azərbaycan ordusunun səhv atəşi nəticəsində həlak olanda qarşı tərəfin dərhal üzrxahlıq, izahat və təzminat ödənilməsi barədə qərarı Azərbaycan prezidentinin hər bir detala diqqət yetirməsinin, kompakt qərarlar qəbuletmə sisteminin mövcudluğunun sübutudur. Rusiya bu cür cəld qərarlar vermək üçün çox böyükdür və inanıram ki, onun lideri hər gün daha çox problem həll edir."
"Hər halda ümid edirəm ki, məsələ əvvəllər oxşar vəziyyətlərin necə həll edildiyi kimi aydınlaşdırılacaq və həll olunacaq: Moskva susur, başqaları danışır. Və hamı eşidir". Deyə rusiyalı politoloq bildirib.