Suriya kəşfiyyatının yeni rəhbəri Ənəs Xəttab: militantdan təhlükəsizlik rəisinə qədər yol
- 26-12-2024, 22:59
- Dünya
Suriya kəşfiyyatının yeni rəhbəri Ənəs Xəttab 1987-ci ildə Dəməşq ətrafında anadan olub. Əvvəllər "Əbu Əhməd Hudud" kimi tanınan Xəttab HTŞ təhlükəsizlik və hərbi qüvvələrin əsas liderlərindən biri idi. Kəşfiyyat rəhbəri təyin olunmazdan əvvəl o, İdlibdə ümumi təhlükəsizlik rəisi vəzifəsində çalışıb və burada qrupun nəzarətində olan ərazilərdə təhlükəsizlik məsələlərinə cavabdeh olub.
Bundan əlavə, Xəttab HTS lideri əl-Culaninin müavini olub və qruplaşmanın nəzarətində olan ərazilərdə hüquq-mühafizə orqanlarının əməliyyatlarında fəal iştirak edib. Onun bioqrafiyaslna 2003-cü ildə İraqda Amerika qoşunlarına qarşı döyüşməsi və daha sonra İraqda Əl-Qaidəyə qoşulması da daxildir.