Fransanın keçmiş prezidenti məhkəmə qarşısında

 

Parisdə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin yeni məhkəməsi başlayıb. 
 
Keçmiş dövlət başçısı “Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafinin onun 2007-ci ildəki seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməsi” işi üzrə mühakimə olunur. 69 yaşlı Sarkozi təqsirli bilinərsə, onu 10 ilə qədər həbs və 375 min avroya qədər cərimə gözləyir.
 
Liviyanın mərhum liderinin oğlu Seyf əl-İslam ilk dəfə 2011-ci ilin mart ayının əvvəlində Sarkozinin kampaniyasının maliyyələşdirilməsində qanun pozuntuları barədə məlumat vermişdi. O, Euronews telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia edib.
 
2012-ci ildə Mediapart araşdırma agentliyi Sarkozinin seçki məqsədləri üçün Qəddafidən 50 milyon avro aldığını iddia edən bir sıra materiallar dərc etdi. İssia olunur ki, Liviya liderinin Fransa siyasətçisinə təkcə seçkilər deyil, başqa məqsədlər üçün də pul köçürüb. Daha sonra Takiəddin gözlənilmədən ifadəsini dəyişib və sözlərindən geri çəkilib. 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi bu iş üzrə bütün ittihamları rədd edir.
DİGƏR XƏBƏRLƏR
Analitika