Bu gündən etibarən Dəməşq hava limanı beynəlxalq reysləri bərpa edib
- 7-01-2025, 11:29
- Dünya
hava limanından ilk təyyarə BƏƏ-nin Şarja şəhərinə uçuş edib.
2024-cü il dekabrın 8-də Əsəd rejiminin devrilməsi elan edildiyi gün bu hava limanında uçuşlar dayandırılıb. Daha sonra, dekabrın 13-də Dəməşq və Hələb hava limanları xüsusi icazə əsasında uçuşları bərpa edib. Qeyd olunur ki, Suriyanın Latakiya və Qamışlı əyalətlərində hava limanları yanvarın 21-dək bağlı qalacaq.