Hakan Fidan Məsrur Barazani ilə nələri müzakirə edib?
- 7-01-2025, 18:42
- Dünya
İraq Kürdüstanının baş naziri Türkiyədə səfərdədir
Rəsmi səfərlə Ankaraya gələn İraq Kürdüstanının baş naziri Məsrur Barazani prezident Ərdoğanla görüşüb. Görüşdə Türkiyə ilə İraq Kürdüstanı arasında əlaqələr, “İnkişaf Yolu” layihəsi və regional məsələlər müzakirə edilib. Ərdoğan qeyd edib ki, “Türkiyə Suriyadakı hadisələr fonunda İraqın sabitliyi və təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verir və bu hadisələrin regionda yeni qeyri-sabitliyə yol verməməsi üçün çalışır”.
Barazani Türkiyənin xarici işlər naziri Fidanla da görüş keçirib.