Hakan Fidan: "Ankara PKK-nın Suriya ərazisində gizli pozucu fəaliyyətinə imkan verməyəcək"
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Suriyada sabitliyin təmin edilməsi üçün yeni hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətin vacibliyini bildirib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
Nazir Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün başa çatdırılması üçün Suriyanın yeni administrasiyası ilə əməkdaşlığın vacib olduğunu bildirib
Türkiyənin xarici işlər naziri Suriyanın yeni hakimiyyət orqanlarının ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək səylərini dəstəklədiyini bildirib və qeyd edib ki, Ankara, Kürdüstan Fəhlə Partiyasının bu ölkənin ərazisində gizlənməsinə imkan verməyəcək. Türkiyə hakimiyyəti Suriyada yerləşən PKK qüvvələrini məhv etmək niyyətini daha əvvəl açıqlamışdı.
Hakan Fidan həmçinin, Qəzzada daimi atəşkəsə nail olmaq üçün daha çox səy göstərm lazım olduğunu vurğulayıb.