Rusiya mənbəyi: "Ukrayna Kursk vilayətində bir sutkada 250-dən çox əsgər itirib


Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində ötən sutka ərzində 250-dən çox hərbçisini itirib, 1 nəfər isə təslim olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ukrayna Silahlı Qüvvələrinin itkiləri gün ərzində 250-dən çox hərbi qulluqçu, bir zirehli döyüş maşını, altı maşın və beş minaatan məhv edilib”. Rusiya tərəfi iddia edir ki, Kursk vilayətində döyöşlər başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 44 820-dən çox hərbi qulluqçu, 259 tank və 332 artilleriya qurğusu itirib.
 
Həmçinin, 200 piyada döyüş maşını, 141 zirehli transportyor, 1346 zirehli döyüş maşını, 1217 texnika məhv edilib.
DİGƏR XƏBƏRLƏR
Analitika