İranın müdafiə naziri: "Siriyadan sonra növbə Yəmən və İranındır"

İranın müdafiə naziri: “ABŞ və İsrail Suriyadan sonra növbənin Yəmən və İran olmasını kodlaşdırır” 
“Entekhab” saytı xəbər verib ki, dünən İranın müdafiə naziri Əziz Nəsirzadə  ölkədə Silahlı Qüvvələrin silsilə təlimlərə başlayacağını açıqlayaraq deyib: “ABŞ və İsrail Suriyadan sonra növbənin Yəmən və İrana çatmasını kodlaşdırır. Biz Suriyada olanda ölkədə sabitliyin təmin olunmasına kömək edirdik, ancaq indi qarışmırıq. Düşmənin iddia etdiyinin əksinə olaraq müdafiə gücümüz azalmayıb”. 
 
Müdafiə nazirinin sözlərinə görə, “İran hərbi gücünü artırır və nə olursa olsun, hər şeyə hazır olacaq”. 
DİGƏR XƏBƏRLƏR
Analitika