Zelenski təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib
Ukrayna Prezidenti Zelenski Qazaxıstanda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. “Biz qəza yerində Rusiyanın faciəyə görə məsuliyyət daşıdığını göstərən aydın əyani sübutlar görürük. Əgər Rusiya #MH17 ilə olduğu kimi yalanları yaymağa qərar verərsə, biz həqiqəti üzə çıxarmaq və hesabatlılığı təmin etmək üçün Moskvaya qarşı bütün beynəlxalq təzyiqləri birləşdirməli olacağıq”, deyə o, X hesabında yazıb.