“Mən dəfələrlə Bəşar Əsədin özünə Türkiyə ilə danışıqlar aparmasını tövsiyə etdim”
İran XİN rəhbəri: “Mən dəfələrlə Bəşar Əsədin özünə Türkiyə ilə danışıqlar aparmasını tövsiyə etdim”
“Entekhab” saytı xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı Misirin “Əl-Qəd” qəzetinə bildirib ki, Astana prosesi çərçivəsində İslam Respublikası Türkiyə və Rusiya ilə birlikdə Suriya hökuməti və müxalifət arasında münasibətlərə kömək etməyə çalışıb.
“Mən dəfələlə Suriya hökumətinə, xarici işlər nazirinə, hətta Bəşar Əsədin özünə türkiyə ilə danışıqlara getməyi tövsiyə etdim, ancaq Suriya hökuməti və Bəşar Əsəd danışıqlarla razılaşmadı. Son nəticədə müxalif qruplar və digər hökumətlərlə danışıb-danışmamaq Suriyanın öz qərarı idi”, - deyə, Əraqçı qeyd edib.
Onun sözlərinə görə, Suriya ordusu müxaliflərlə döyüşməkdən imtina etdikdə, Tehran heç bir tədbir görməyib.