Pakistanın baş naziri Azərbaycana və Özbəkistana səfər edəcək

Pakistanın baş naziri Şərifin fevralın sonunda Azərbaycana və Özbəkistana səfəri planlaşdırılır. Bu barədə Pakistanın ingilisdilli “The News International” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşr vurğulayır ki, “Pakistan Mərkəzi Asiyaya baxış siyasətinə uyğun olaraq Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini genişləndirməyə fəal çalışır və Cənubi Qafqazın mühüm ölkələri ilə əlaqələri gücləndirir”.
 
Mənbələrin məlumatına görə, Bakıya səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığa yönəlmiş bir sıra sazişlərin bağlanacağı gözlənilir. Daşkəndə iki günlük səfər zamanı isə ticarət sazişlərinin imzalanması planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
Analitika