Paşinyanın rəqibləri ilə mübarizə üsulu: Həbs
- 11-01-2025, 12:50
- Dünya
Ermənistanın baş naziri Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər bütün rəqiblərini həbs etmək məqsədilə “həbs üçün əsaslar tapıb çıxarmağı”, əgər yoxdursa, “yaratmağı” və bu istiqamətdə cinayət işləri başlatmağı tapşırıb. Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır. "Paşinyan seçkiqabağı siyasi meydanı elə təmizləyir ki, meydanda yalnız ona sadiq müxalifət qalsın ki, istənilən halda “Mülki Müqavilə” (hakim partiya) ilə sövdələşməyə hazır olsun".