Ermənistan Xankəndində vəfat etmiş erməni sakininin meyitini qəbul etmir

 

2025-ci ilin yanvar ayının sonuna kimi Ermənistan tərəfi  vəfat etmiş Xankəndi sakini Ağasyan Vera Varaşakovnanın (1954-cü il təvəllüdlü) meyitini götürməsə, o, Azərbaycan Respublikası ərazisində dəfn ediləcək. Bu barədə Girov və itkin düşmüş vətəndaşlar üzrə Dövlət Komissiyasından bildiriblər.
Mənbə həmçinin, əlavə edib ki, Vera Aqasyanın məzarı lazımi qaydada qorunacaq.
Qeyd edək ki, Xankəndi sakini Ağasyan Vera Varaşakovna 2024-cü il oktyabrın 20-də səhər saat 9:10 radələrində yaşadığı ünvanda dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
Analitika