Azərbaycan təyyarə qəzası ilə bağlı Çeçenistanın yardımını qəbul etməyib

 

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirib ki, “Ramzan Kadırovun göstərişi ilə onlar AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.
 
Azərbaycan Prezidentinin Administrasiyasından Day.Az-a verilən məlumata görə, qarşı tərəfə bildirilib ki, ölkənin heç bir yardıma ehtiyacı yoxdur və bunu qəbul etməyəcək.
 
“Azərbaycanın heç bir yardıma ehtiyacı yoxdur, biz vətəndaşlarımıza lazımi yardımı göstəririk və göstərəcəyik” – deyə mənbə bildirib. 
 
DİGƏR XƏBƏRLƏR
Analitika