ABŞ mediası: Putin Əliyevin tələblərini yerinə yetirməsə, Azərbaycanı itirə bilər
- 11-01-2025, 19:36
- Dünya
Amerikanın Eurasianet analitik saytı yazır ki, Putin Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı prezident Əliyevin tələblərinə əməl etməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər. Qeyd olunur ki, Azərbaycan-Rusiya münasibətlərinin dondurulması Rusiya Federasiyası üçün əsas nəqliyyat marşrutu olan Şimal-Cənub dəhlizinin fəaliyyətinin dayanmasına səbəb ola bilər.
Dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı gün Çeçenistan üzərində bütün hədəflərin məhv edilməsi barədə məlumat verən Putinin günahını heç vaxt boynuna almamaq meyli və Kadırovun qardaşı oğlunu məsuliyyətə cəlb etmək istəməməsi Kreml rəhbərini ümidsiz vəziyyətdə qoyur deyə Eurasianet vurğulayır. Rusların daxili iqtisadi vəziyyət, eləcə də Ukraynada davam edən müharibədən narazılığının artdığı bir vaxtda Putin üçün Kadırov Çeçenistanda sabitliyin təminatçısıdır
Prezident Əliyev bir müddət əvvəl Moskvadan Azərbaycan təyyarəsinin qəzaya uğramasında günahını etiraf etməyi, günahkarların cinayət məsuliyyətinə cəlb edilməsini, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməsini tələb edib.