Ermənistana gələn turistlərin sayı azalıb

 

2024-cü ildə Ermənistana 2 milyon 215 minə yaxın turist səfər edib ki, bu da ötən illə müqayisədə 2000-3000 nəfər azdır.
 
Bu barədə Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
 
"Bu il təxminən 2 milyon 215 min turistimiz olub, amma faktiki olaraq, əsasən Rusiyadan gələn turistlərin sayı azalıb", - Papoyan bildirib.
 
Eyni zamanda Hindistan, BƏƏ, Gürcüstan, İran, Fransa, Çin və Cənubi Koreyadan gələn turistlərin sayı artıb.
 
Papoyanın sözlərinə görə, hökumət öz məqsədinə uyğun hərəkət edir və 2025-ci il üçün hədəf 2,5 milyon turist cəlb etməkdir.


DİGƏR XƏBƏRLƏR
Analitika