Gürcüstanın baş naziri Fransa prezidenti Emmanuel Makrona cavab verib

 
Gürcüstan mətbuatı xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makrona Ukraynadakı hadisələrə diqqət yetirməyi tövsiyə edib. “Qoy Fransa prezidenti qurban verilən Ukraynaya nəzər salsın. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən bu gün hamının üzləşdiyi problemi şərh edirəm - bu, dağıdılmış Ukraynadır”, - Bu barədə Kobaxidze gürcü jurnalistlərə deyib.
 
Yanvarın 6-da Makron Rusiyanın qonşularına qarşı “daha ​​aqressiv” olduğunu deyib və buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. Fransa liderinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini pozmağa çalışıb.
DİGƏR XƏBƏRLƏR
Analitika