Tramp Putinlə mümkün qədər tez görüşmək istəyir
- Dünən, 10:25
- Dünya
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir. O, bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
"Bilirəm ki, o da bunu istəyir və mən çox tez görüşəcəyəm. Kaş ki, bu, daha tez baş versin. Amma, bilirsiniz, mən ilk növbədə vəzifəyə başlamalıyam", - deyə Tramp qeyd edib.
Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals ABC News-a bildirib ki, Rusiya lideri ilə ABŞ-ın yeni seçilmiş prezidenti arasında telefon danışıqları yaxın gələcəkdə baş tuta bilər. Tramp bundan əvvəl də prezidentliyinin ilk altı ayında Putinlə görüşmək istədiyini və bu cür təmaslara hazır olduğunu bildirmişdi. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin yeni amerikalı həmkarı ilə heç bir şərt olmadan görüşməyə hazırdır, baxmayaraq ki, onun sözlərinə görə, hələlik “konkretlik yoxdur”.