İran əhalisinin 30%-ə yaxını yoxsulluqla üzləşir
- 6-01-2025, 11:52
- Dünya
Əmək və Sosial Təminat İnstitutunun rəhbəri İbrahim Sadeqifər xəbərdarlıq edib ki, İran xalqının 22-27%-i yoxsulluq içərisindədir və minimum əsas ehtiyaclarını ödəməkdə çətinlik çəkir.
Onun sözlərinə görə, İranda yoxsulluq ölkədə nəzərə alınmalı olan əsas problemlərdən biridir. Sadeqifər bildirib ki, yoxsulluq cəmiyyətin böyük bir hissəsini əhatə edən danılmaz reallığa çevrilib.
O, yoxsulluğa qarşı “iqtisadi təsir rıçaqları” ilə mübarizəni səhv hesab edərək, yoxsulluğun siyasi, sosial və mədəni sahədə yayılmasının köklərinin araşdırılmasını və tapılmasını istəyib.