Haniyənin öldürülməsinin detalları açıqlanıb
- 29-12-2024, 20:42
- Dünya
HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin Tehranda ləğv edilməsinin yeni təfərrüatları məlum oıub.
İsrail telekanalının 12-ci kanalının məlumatına görə, Mossad Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni aradan qaldırmaq üçün əməliyyat keçirib. Rusiya və NATO -nun reaksiyasından ehtiyat edərək əməliyyat Moskva və ya Türkiyədə deyil, İranda həyata keçirilib.
Qeyd olunur ki, Haniyə tez-tez ziyarət etdiyi və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən qorunduğu qonaq evində çarpayısının altına partlayıcı qurğu yerləşdirilməklə məhv edilib. Qətl gecəsi otağındakı kondisioner sıradan çıxdığı üçün Haniyə sözügedən otağa daxil olub və qurğu işə düşərək onu dərhal öldürüb.
HƏMAS isə bu xəbəri təkzib edərək, Haniyənin partlayıcı qurğu ilə deyil, 7 kq döyüş başlığına malik idarə olunan raketlə öldürüldüyünü iddia edib.