Türkiyə 2024-cü ildə zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb
Türkiyə Müdafiə Nazirliyi 2024-cü ilin əvvəlindən başda Şimali İraq və Suriyada terror qruplaşmaları PKK/YPG və İŞİD-ə əhəmiyyətli zərbə endirdiyini açıqlayıb.
“2024-cü ildə Şimali İraq və Suriyada keçirilən əməliyyatlar zamanı 3038 terrorçu zərərsizləşdirilib, 1330 mağara və sığınacaq məhv edilib, 2450 silah və 910 mindən çox döyüş sursatı ələ keçirilib. Bundan əlavə, 107 terrorçu könüllü təslim olub. Biz terror təhlükəsini tamamilə aradan qaldırmaq və nəcib xalqımızı bu bəladan xilas etmək üçün tam qətiyyətlə fəaliyyətlərimizi davam etdiririk”, - deyə idarənin bəyanatında bildirilir.