Avropa İttifaqı: Rusiyanın bu 5 şəhərinə uçuşları dayandırılmalıdır

 
Aİ qurumu AZAL-ın təyyarəsi ilə bağlı insidentdən sonra Rusiya ərazisi üzərində uçuşları dayandırmağa çağırıb. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Rusiyanın 5 şəhərinə, o cümlədən Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-na-Donu və Samaraya uçuşları dayandırmağı tövsiyə edib.
 
“Hadisələrin əksəriyyəti Rusiya tərəfindən bağlanmayan hava məkanında pilotsuz təyyarələrin hücumları və ya hava hücumundan müdafiə sistemlərinin işə salınması zamanı baş verib. Bu, uçuş əməliyyatları üçün yüksək risk yaradır, bunu 2024-cü il dekabrın 25-də AZAL-ın reysi ilə bağlı insident sübut edir”, - deyə agentliyin açıqlamasında bildirilir.
DİGƏR XƏBƏRLƏR
Analitika