Tramp yenə Kanadanı ABŞ-ın 51-ci ştatı kimi görmək istəyini bəyan edib

 

 ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Kanadanın baş naziri Castin Trüdonu qubernator adlandırıb və bildirib ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.

“Kanada qubernatoru Castin Trüdo, Milad bayramınız mübarək . Vətəndaşlarınızın vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq və onlar dünyanın ən təhlükəsiz bir ölkəsindəki kimi qorunacaqlar.”- deyəTramp qeyd edib.

DİGƏR XƏBƏRLƏR
Analitika