İran XİN: “Zəngəzur dəhlizi məsələsi qətiyyən siyasi deyil, texniki məsələdir”

 
“Tələbə” xəbər agentliyi məlumat verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə Zəngəzur dəhlizindən söz açıb.
“Zəngəzur dəhlizi qətiyyən siyasi məsələ deyil, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir. İran və Türkiyənin səyi ondan ibarətdir ki, mehriban qonşuluğu və iki ölkənin marşrutları ilə yüklərin daşınması məsələsinin hər iki ölkə üçün vacib olduğunu nəzərə alaraq, biz bu məsələni hansısa formada həll etməyə çalışmışıq”, - deyə, Bəqai bildirib. 
Onun sözlərinə görə, bununla bağlı tezliklə İran nümayəndə heyəti danışıqlar aparmaq üçün Türkiyəyə yola düşəcək.

DİGƏR XƏBƏRLƏR
Analitika